Bank Of Baku

ARDNŞ-da iməcilik keçirilib - FOTO

ARDNŞ-da iməcilik keçirilib - <font color=red>FOTO</font>
# 14 noyabr 2009 10:58 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) iməcilik keçirilib.

APA-nın məlumatına görə, ARDNŞ rəhbərliyinin və bütün strukturlarının qatıldığı iməcilik çərçivəsində Bibiheybətdə, Bakı Qaz Emalı Zavodunun və Dərin Özüllər Zavodunun ərazilərində ağaclar əkilib.

ARDNŞ-nin Ekologiya İdarəsinin rəisi Azər Əliyev bildirib ki, ərazidə torpaqlar neftdən təmizləndikdən sonra yaşıllaşdırma işlərinə başlanıb. İndiyədək Bibiheybət ərazisində 42300 ağac əkilib. Bu gün isə əlavə olaraq 7 minə yaxın ağacın əkilməsi planlaşdırılır.

A.Əliyev deyib ki, ərazi dənizə yaxın və neft mədənlərinin arasında olduğundan, burada əkilən ağac növləri xüsusi olaraq seçilib: «Çalışırıq ki bu əraziyə daha tez uyğunlaşa bilən ağacları əkək. Bu ağacların arasında şam, sərv, eldar şamı, evkalipt, zeytun və s. var. Həmçinin ağaclara qulluq göstərilməsi üçün lazımi şərait yaradılıb».

Daha sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkət rəsmilərinin də iştirakı ilə ağacların əkilməsi kampaniyasına start verilib.

Qeyd edək ki, Abşeron yarımasında neftlə çirklənmiş 20-22 min hektar torpaq sahəsindən 7500 hektarını mədən əraziləri təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR