Bank Of Baku

Kompleks Hidrometeoroloji və Ekoloji Elm Mərkəzinin açılışı olacaq

Kompleks Hidrometeoroloji və Ekoloji Elm Mərkəzinin açılışı olacaq
# 16 noyabr 2009 08:04 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Yaxın günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin rəsmi açılış mərasimi keçiriləcək. ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, mərkəz prezident İlham Əliyevin “Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqatı ilə bağlı Tədbirlər haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə yaradılıb.
Biomüxtəliflik, geoloji tədqiqatlar, hidrometeoroloji və ətraf mühitin monitorinqi sahələrini əhatə edən mərkəzin yaradılmasında əsas məqsəd yüksək dağlıq ərazilərin bir ekosistem kimi kompleks öyrənilməsi və həmin ərazilərin meteoroloji, hidroloji rejiminin, xüsusilə də qar örtüyünün, buzlaqların tədqiqi, iqlim dəyişmələri, onun ətraf mühitə, biomüxtəlifliyə təsirinin öyrənilməsidir. Elm Mərkəzinin fəaliyyət göstərməsi üçün 3000 metrə yaxın yüksəklikdə müvafiq inzibati binalar tikilib, çətin və mürəkkəb iqlim şəraitində olduqca əhəmiyyətli tədqiqat işlərinin aparılması məqsədilə işçilər üçün müvafiq infrastruktur yaradılıb. Elm Mərkəzində, eləcə də Mərkəzdən aralı müxtəlif hündürlüklərdə - Şahdüzü (3000 m) və Kabaş (3500 m) dağ silsilələrində, ən mürəkkəb meteoroloji şəraitdə (güclü külək, aşağı temperatur, qalın qar örtüyü və s.) fasiləsiz fəaliyyət göstərməyə, məlumatların operativ olaraq Milli Hidrometeorologiya Departamentinə ötürməyə imkan verən, dünyanın ən aparıcı texnologiyalarından olan Finlandiyanın Vaysala firmasının istehsal etdiyi avtomatlaşdırılmış meteoroloji stansiyalar quraşdırılıb. Tufandağ (4200 m) və Şahdağ (4280 m) zirvələrində isə bu işlər davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR