Bank Of Baku

Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yeni park salınıb

Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yeni park salınıb
# 16 noyabr 2009 08:27 (UTC +04:00)
Sumqayıt – APA-Economics. Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbəsinin Səməd Vurğun küçəsi istiqamətində, əvvəllər baxımsız olmuş ərazidə salınmış yeni parkın açılışı olub. Bu barədə “APA-Economics”ə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib.

Məlumata görə, açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib. Parkla tanışlıqdan sonra çıxış edən V.Əliyev son illər ərzində ümumilikdə şəhər ərazisində aparılan abadlıq və quruculuq işlərindən danışıb. O, yeni salınmış parkın Sumqayıtın 60 illik yubileyi ərəfəsində qəsəbə sakinlərinə bir töhfə olduğunu söyləyib.

Qeyd edək ki, ərazi münbit torpaqla örtülüb. Sahəyə dekorativ və qranit piltələr döşənib. Ərazinin yaşıllaşdırılması məqsədilə qazon salınıb, gül dibçəkləri qoyulub, dekorativ kollar və müxtəlif növ ağaclar əkilib. Parkda xüsusi işıqlandırma sistemi və müasir tipli oturacaqlar quraşdırılıb.

Xatırladaq ki, 2003-cü ildən etibarən Hacı Zeynalabdin qəsəbəsində əhalinin asudə vaxtının səmərəli keçirilməsi və mədəni istirahətin təşkili istiqamətində bir sıra əhəmiyyətli işlər görülüb. Qəsəbə ərazisindəki Heydər parkında, qəsəbə stadionunda əsaslı təmir işləri aparılıb, Dədə Qorqud abidəsi ucaldılıb. Ötən il isə Azərbaycanın ən gənc klassiki Mikayıl Müşfiqin adını daşıyan park yaradılıb, burada şairin büstü qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR