Bank Of Baku

Azərbaycanda “quş qripi” ilə bağlı növbəti monitorinq başlayır

Azərbaycanda “quş qripi” ilə bağlı növbəti monitorinq başlayır
# 16 noyabr 2009 08:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan ərazisində “quş qripi” ilə bağlı növbəti monitorinq başlayır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) APA-ya verilən məlumata görə, monitorinq Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, eləcə də “Ovçular” Cəmiyyətinin mütəxəssislərinin iştirakı ilə aparılacaq. Monitorinqin köçəri quşların ehtimal olunan müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Dəvəçi, Salyan, Ağcabədi və Lənkəran rayonlarındakı milli park və qoruqlarda, ölkənin dəniz sahili zonalarında və digər ərazilərdə keçirilməsi nəzərdə tutulur. Monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürüləcək. Monitorinqin nəticələri noyabrın 27-də açıqlanacaq.

Dövlət Baytarlıq Xidməti bir daha xatırladıb ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev quşları qapalı şəraitdə saxlanılmalıdır. Köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadə olunması qəti qadağandır.

Hazırda “quş qripi” xəstəliyinə görə ölkədə epizootik vəziyyət sabitdir. Bu sabitliyi saxlamaq üçün DBX əlaqədar qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR