Bank Of Baku

Nuridə Atəşi Mahmud Kərimova müraciət edib

Nuridə Atəşi Mahmud Kərimova müraciət edib
# 16 noyabr 2009 09:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Almaniyada N. Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru Nuridə Atəşi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimova müraciət edib. APA-nın məlumatına görə, müraciətində 14 ildir, Qafqaz Amazonlarını tədqiq etdiyini qeyd edən N. Atəşi M. Kərimovun dəstəyi bu il avqustun 11-də AMEA-da keçirdiyi elmi konfransın böyük rezonans doğurduğunu bildirib: “Avropanın məşhur arxeoloqları, tarixçiləri Qafqaz amazonları tədqiqatımı dünya amazon tədqiqatında yeni səhifə kimi qiymətləndirirlər. İndiyə qədər əldə etdiyim nəticələr isə bunlardır:

- Amazonların tarixdə ilk ehtimal edilən mağarası Vətənimizdə yerləşən və dünya mədəni irsinə daxil olan Qobustandadır (xüsusilə “Ana zağa”” və “7 gözəl mağaraları”);

- Qədim şərqin ən böyük milli bayramı olan Novruz bayramı məhz amazonların bizə birbaşa mirasıdır;

- Qafqaz Albaniyasının qədim torpaqları - Dərbənd, Qəbələ, Oğuz, Qax, xüsusi ilə Qarabağ bölgəsi amazonların yaşamış olduqları doğma torpaqlardır;

- Antik tarixçi Lusiasın yazdığı tezisinin “Amazonlar ilk at minən insanlar olublar” təsdiqi məhz Qobustan qaya rəsmlərində atın və öküzün (Turan Bos primigenius boj) ilk dəfə amazonlar tərəfindən əhliləşirilməsini sübut edir”.

N. Atəşi daha sonra yazır ki, Amazon adı Azərbaycan və Gürcüstan arasından axan qədim Alazan çayının adından götürülüb: “Əlavə olaraq, iftixarla sübut etmək əzmindəyəm ki, bütün dünyanı öz qəhrəmanlıqları, şücaətləri və igidlikləri ilə heyrətə gətirən əfsanəvi amazonlar məhz bugünkü Azərbaycan qadınlarının ulu əcdadları olublar. Bütün bu kəşflərimdə qədim yunan, Roma tarixçiləri və yazarları (Homer, Herodot, Strabon, Pausanias, Arrian və s.), Çin kitabələri və son 50 ildə Qafqazda, xüsusi ilə doğma Vətənimiz Azərbaycanda aşkar edilmiş arxeoloji tapıntılara əsaslanıram.

Çox dəyərli, Prezident! Bu böyük və çox məsuliyyətli bir tədqiqat tək bir tədqiqatçının həm zaman, həm maddi, mənəvi və fiziki baxımından gücü xaricindədir. Sizə əvvəlki müraciətlərimdə Qafqaz Amazoları haqqında tarixi və sənədli bir filmin çəkilməsi və Azərbaycanın paytaxtında Qafqaz Amazonları muzeyinin yaradılmasının zəruriliyi haqqında müraciət etmişdim.

Hazırda Qafqaza olan beynəlxalq marağın gücləndiyi bir zamanda dünyanın nəzərlərini belə böyük, yeni bir tapıntı ilə Azərbaycana çevirmək, Qafqaz Albaniyasına, Qarabağa sahib çıxmaq baxımından Azərbaycanın beynəlxalq imicinə çox müsbət təsir edəcək. Bu tarixi, elmi tədqiqata dəstəyinizi xahiş edirəm. Sizdən xahiş edirəm ki, Azərbaycan alimləri, arxeoloqlarını bu tədqiqatlara cəlb edəsiniz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR