Bank Of Baku

Milli Məclisdə beynəlxalq konfrans keçirilib

Milli Məclisdə beynəlxalq konfrans keçirilib
# 16 noyabr 2009 10:17 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Milli Məclisdə 2009-cu ilin “Uşaq ili” elan olunması və BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilib. APA-nın xəbərinə görə, konfransda çıxış edən parlamentin sədr müavini Bahar Muradova Azərbaycanın demokratik dövlət olduğunu və ölkədə uşaqların hüquqlarının qorunmasına xüsusi diqqətlə yanaşıldığını deyib. O bildirib ki, Azərbaycanda uşaq hüquqlarının qorunması ilə bağlı qanunvericilik mövcuddur.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov parlamentdə keçirilən beynəlxalq tədbirdə müxtəlif ölkələrin nümayəndələrinin təmsil olunduğunu söyləyib. Komitə sədri dünyanın 60-dan çox ölkəsində yuvenal (uşaqlar üçün) məhkəmənin olduğunu açıqlayıb. Onun sözlərinə görə, uşaqların azadlıqdan məhrum edilməsi halı son zərurət olmalıdır: “Biz bu gün yuvenal ədliyyə ilə bağlı qanun layihəsini təqdim edəcəyik. Hələlik bu layihə işçi qaydada müzakirə olunacaq. Yaxın gələcəkdə belə bir qanunun parlamentdə qəbulu mümkündür”.

BMT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Bruno Pueza dünyada 20 illiyi qeyd olunan Uşaq Hüquqları Haqqında Konvensiyanın əhəmiyyətindən danışıb. O, uşaq hüquqlarının qorunması ilə bağlı islahatların aparılmasının vacibliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR