Bank Of Baku

Nazirlik: Yoxlamalardan sonra apteklər qoruyucu maskaların satış qiymətini endirib

Nazirlik: Yoxlamalardan sonra apteklər qoruyucu maskaların satış qiymətini  endirib
# 16 noyabr 2009 11:53 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Aparılan yoxlamalardan sonra qoruyucu maskaların satışında süni qiymət artımına yol verən apteklər qiyməti aşağı endiriblər. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov bildirib. Onun sözlərinə görə, yoxlamalardan sonra apteklərdə maska qıtlığı aradan qalxıb, maskalar isə maksimum 15 qəpiyə satılır.

P. Əzizbəyovun sözlərinə görə, ümumilikdə indiyədək ölkənin demək olar ki, bütün regionlarında yerləşən 70-dən artıq aptekdə yoxlamalar aparılıb: “Yoxlamaların nəticəsi olaraq 4 aptekin fəaliyyəti dayandırıldı. Digər apteklərdə müəyyən nöqsanlar olsa da, bu, fəaliyyətin dayandırılması üçün səbəb olmadı”.

İnspeksiya rəisi bildirib ki, yoxlamalar bu ayın sonuna qədər davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR