Bank Of Baku

Sumqayıtda “Şəhərim mənim – fəxrim mənim” mövzusunda müsabiqəyə yekun vurulub

Sumqayıtda “Şəhərim mənim – fəxrim mənim” mövzusunda müsabiqəyə yekun vurulub
# 16 noyabr 2009 19:35 (UTC +04:00)
Sumqayıt – APA. Sumqayıt şəhərinin 60 illik yubiley tədbirləri çərçivəsində şəhər Təhsil Şöbəsi tərəfindən “Şəhərim mənim – fəxrim mənim” mövzusunda müsabiqənin final mərhələsi keçirilib.

Bu barədə APA-ya Sumqayıt şəhər İcra hakimiyyətindən məlumat verilib.

Müsabiqə şəhər orta ümumtəhsil məktəblərinin X-XI sinif şagirdləri arasında keçirilib. Final mərhələsində şəhərin İ.Qayıbov adına 1 saylı və 23 saylı orta məktəblərinin komandaları iştirak edib. Müsabiqənin münsiflər heyətinin sədri, TŞ-nin metodisti S.Qəmbərov məktəbliləri müsabiqənin qaydaları ilə tanış etdikdən sonra şagirdlər Sumqayıt şəhəri haqqında 10 sualı cavablandırıb.

Müsabiqənin nəticələrinə əsasən, 10 bal toplayan İ.Qayıbov adına 1 saylı orta məktəbin komandası birinci, 23 saylı orta məktəbin komandası isə ikinci yerə layiq görülüb. Sonda komandalara şəhər Təhsil Şöbəsinin və Gənclər İdman Baş İdarəsinin fəxri fərmanları təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR