Bank Of Baku

Səbail rayonu ərazisində iməcilik keçirilib

Səbail rayonu ərazisində iməcilik keçirilib
# 16 noyabr 2009 22:15 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. 2010-cu ilin ölkə prezidenti tərəfindən Azərbaycanda “Ekologiya ili” elan olunması ilə bağlı Səbail rayonu ərazisində iməcilik təşkil olunub.

Səbail rayon İcra Hakimiyyətindən APA-ya daxil olan məlumata görə, rayondakı Bayıl yamacı sürüşməyə meylli zonada ikigünlük ağacəkmə kampaniyası keçirilib. Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq ilk olaraq ərazi konkret sahələrə bölünərək ayrı-ayrı müəssisə və təşkilatlara təhkim olunub, ağaclara qulluq göstərilməsi və sahənin daim nəzarətdə saxlanılması da onlara həvalə olunub.

İməcilikdə rayondakı idarə və təşkilatlarının, ali və orta təhsil müəssisələrinin, təsərrüfat xidmətlərinin 1500 nəfərdən çox nümayəndəsi iştirak edib. Kəskin dağ yamacında yerləşdiyindən, iş şəraitinin kifayət qədər mürəkkəb olduğu bu ərazidə 5000 çox ağac əkilib, əvvəllər əkilən ağaclara qulluq edilib, təmizlik və abadlıq işləri aparılıb.

İməcilikdə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, «Qərb» Universitetinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələri iştirak ediblər. Ərazinin yaşıllaşdırılması mütəmadi olaraq davam etdiriləcək, ümumilikdə burada 15 minə yaxın ağac əkiləcək. Görülən işlər nəticəsində dənizdən və şəhərin çox yerindən görünən Şəhidlər abidəsinin ətrafı o qədər də ürəkaçan olmayan görkəmini dəyişərək parka çevriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR