Bank Of Baku

Qanunsuz ovlanmış quşların satışı aşkarlanıb

Qanunsuz ovlanmış quşların satışı aşkarlanıb
# 17 noyabr 2009 07:17 (UTC +04:00)
Bakı-APA. Su bataqlıq quşlarının miqrasiya mövsümünün başlanması və “quş qripi” xəstəliyi təhlükəsinə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə Ekоlоgiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 1 və 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin əməkdaşları nəzarət etdikləri inzibati ərazilərdə (Masallı, Lənkəran, Lerik, Cəlilabad, Astara, Yardımlı), (Şirvan, Sabirabad, Neftçala, Biləsuvar, Salyan, Hacıqabul) monitorinq və reydlər keçirib. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vəhşi çöl quşlarının yaşadığı, qışladığı, çoxalıb artdığı ərazilərdə keçirilən monitorinqlər zamanı xəstə, halsız quşlara və ya quş cəsədlərinə rast gəlinməyib.
13-18 oktyabr tarixlərində Lənkəran şəhərinin mərkəzi bazarında keçirilən reydlər zamanı isə qanunsuz olaraq ovlanmış 12 ədəd qaşqaldaq quşunun satıldığı aşkar edilib. Faktla bağlı akt tərtib olunmuş və çöl quşları götürülərək Lənkəran rayon Baytarlıq İdarəsi mütəxəssislərinin iştirakı ilə yandırılaraq məhv edilib.
Çöl quşlarının qanunsuz ovlanmasının və satılmasının qarşısını almaq məqsədilə nazirliyin müvafiq qurumlarına tapşırıq verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR