Bank Of Baku

Azərbaycan Kənd İnvestisiya Layihəsi Naxçıvanda tender keçirir

Azərbaycan Kənd İnvestisiya Layihəsi Naxçıvanda tender keçirir
# 17 noyabr 2009 08:01 (UTC +04:00)
Naxçıvan Elmar Hüseynov - APA. Azərbaycan Kənd İnvestisiya Layihəsi Naxçıvanda müxtəlif tipli layihələr həyata keçirir.

Azərbaycan Kənd İnvestisiya Layihəsinin Naxçıvan Regional Əməliyyatlar Ofisindən APA-ya verilən məlumata görə ofisin əhatə etdiyi Şərur rayonunun Qorçulu icmasının İcma Layihə Komitəsinin hazırladığı “İçməli su təminatı”, Babək rayonunun Çeşməbasar icmasının İcma Layihə Komitəsinin hazırladığı “Elektrik sistemlərinin bərpası və genişləndirilməsi”, Şərur rayonunun Kürkənd icmasının İcma Layihə Komitəsinin hazırladığı “Suvarma su təminatı” və Babək rayonun Hacıvar icmasının İcma Layihə Komitəsinin hazırladığı “Suvarma su təminatı” layihələrinin icrası məqsədilə tender elan olunub və bu tenderdə iştirak etmək marağı olan bütün hüquqi və fiziki şəxslər tenderə dəvət olunur.

Qeyd edək ki, Azərbaycan Kənd İnvestisiya Layihəsi qeyri-hökumət təşkilatıdır. Naxçıvanda bu təşkilatın həyata keçirdiyi layihələr regionun əksər kəndlərini əhatə edir.

Azərbaycan Kənd İnvestisiya Layihəsinin Naxçıvan Regional Əməliyyatlar Ofisi 2005-ci il fevral ayının 1-də yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR