Bank Of Baku

Böyük Britaniya yeni sosial problemlə üzləşib

Böyük Britaniya yeni sosial problemlə üzləşib
# 17 noyabr 2009 09:24 (UTC +04:00)
Bakı – APA-Economics. Son ilyarımı iqtisadi geriləmə ilə mübarizə şəraitində keçirən Böyük Britaniyanın hakimiyyət orqanları yeni problemlə üzləşiblər.
APA-Economics”in məlumatına görə, resessiyadan sonra Birləşmiş Krallıqda mensessiya müşahidə olunur.
Qeyd edək ki, mensessiya – kişi cinsindən olan işçilərin qadınlara nisbətən daha çox ixtisar olunmasıdır.
Böyük Britaniyanın Milli Statistika Xidmətinin (Office for National Statistics) məlumatına əsasən, bu ilin sonuncu rübündə 120 min qadın tam məşğulluqla bağlı olmayan yeni iş yeri tapıb, 50 min kişi isə əvvəlki kimi iş yeri axtarır.
Britaniyalılar son aylar daha çox təhsil və səhiyyə sahəsində iş tapırlar. Kişilər arasında işsizlik səviyyəsi isə son 10 ilin rekord həddinə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR