Bank Of Baku

Qazax rayonun sərhəd kəndlərində dezinfeksiya işləri aparılır

Qazax rayonun sərhəd kəndlərində dezinfeksiya işləri aparılır
# 17 noyabr 2009 10:50 (UTC +04:00)
Qazax. Ayxan Hüseynov-APA. Qazax rayonunda A/H1N1 virusuna qarşı profilaktik tədbirlər çərçivəsində sərhəd kəndlərində dezinfeksiya işləri aparılır. Bu barədə APA-nın Qərb bürosuna Qazax rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Nizami Adıgözəlov məlumat verib. Onun sözlərinə görə, hazırda mərkəzin əməkdaşları Bala Cəfərli kəndindən sonra Qazax rayonunun Yuxarı Salahlı, 1-ci Şıxlı və 2-ci Şıxlı kəndlərində yerləşən məktəblərdə və kəndin mərkəzi yerlərində dezinfeksiya işləri aparıblar: “Biz bundan sonra digər sərhəd kəndləri olan Kəmərli, Qaymaqlı, Aslanbəyli və Əzizbəyli kəndlərində də dezinfeksiya işlərinin aparılmasını nəzərdə tutmuşuq”.

Nizami Adıgözəlov həmçinin Qazax rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən sabahdan başlayaraq Qazax rayonunda əhalinin daha çox istifadə etdiyi şəhərlərarası və daxili nəqliyyat vasitələrində dezinfeksiya işlərinin aparılacağını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR