Bank Of Baku

Lənkəranda gavalı ağacı ikinci dəfə bar verib

Lənkəranda gavalı ağacı ikinci dəfə bar verib
# 17 noyabr 2009 11:40 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Azərbaycanın Lənkəran şəhərində maraqlı təbiət hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran şəhərinin Füzuli küçəsində yaşayan Məmmədovlar ailəsinin həyətyanı sahədə əkdikləri gavalı ağacı ikinci dəfə bar verib. Ailənin 73 yaşlı üzvü Zəhra Məmmədova belə hadisə ilə ilk dəfə rastlaşdığını bildirib. Onun sözlərinə görə, başqa bir gavalı ağacı ilə calaq olunmuş bu ağacı onlar 3 il əvvəl əkiblər. Bu yay gavalı ağacı 25 kq məhsul verib. Havalar mülayim keçdiyindən ağac sentyabr ayında çiçək açıb. Əvvəl bunun adi bir hal olduğu güman olunsa da, gavalı ağacı ikinci barını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR