Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında ilk dəfə olaraq açıq ürək cərrahiyyə əməliyyatı keçirilib - FOTO

Azərbaycan Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında ilk dəfə olaraq açıq ürək cərrahiyyə əməliyyatı keçirilib - <font color=red>FOTO</font>
# 17 noyabr 2009 13:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Hospitalının həkimləri tərəfindən iki xəstə üzərində ilk dəfə olaraq açıq ürək cərrahiyyə əməliyyatı aparılıb və hər iki əməliyyat uğurla başa çatıb.

«APA-Economics»in məlumatına görə, bununla bağlı bu gün Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında mətbuat konfransı keçirilib.

Hospitalın baş həkimi Qulam Rüstəmzadə bildirib ki, əməliyyat olunan hər iki xəstə 49 yaşında olub: “Bu xəstəliyin adı «Ürəyin işemik xəstəliyi», aparılmış əməliyyatın adı isə “Aorta koronar şuntlama”dır. Xəstələr üzərində aparılmış əməliyyat təxminən 3-5 saat vaxt aparıb və hazırda hər iki xəstənin vəziyyət normaldır. Onlardan biri gömrük əməkdaşı olduğu üçün əməliyyat pulsuz həyata keçirilib”.

Q.Rüstəmzadə bildirib ki, bunlar DGK-nın Mərkəzi Hospitalında aparılmış ilk açıq ürək əməliyyatıdır. Artıq yaxın vaxtlarda xəstəxanada Azərbaycanda aparılması mümkün olmayan xəstəliklərin əməliyyatı real olacaq. Ürək xəstəlikləri ilə yanaşı, xəstəxanada qaraciyər və qarın boşluğu əməliyyatları da aparılacaq.

Q.Rüstəmzadənin sözlərinə görə, bu il noyabrın 23-dən 26-dək Fransanın Paul Brosse Hepadoboloar Mərkəzinin cərrahı Daniel Azuloy Azərbaycanda səfərdə olacaq. Səfər çərçivəsində ən çətin xəstəliklər üzrə əməliyyatlar həmin müddətdə həyata keçiriləcək. Bundan başqa, fransalı cərrahla çətin xəstəliklər üzrə əməliyyatların təcrübə mübadiləsi, həmçinin əməliyyat olunacaq xəstələrin mübadiləsi kimi məsələlər müzakirə ediləcək.

Daha sonra Q.Rüstəmzadə təcrübə mübadiləsi üçün bu il dekabrın əvvəlində xəstəxananın bir neçə cərrahının İtaliyanın Berqamo şəhərinə səfər edəcəyini bildirib: «Ümumiyyətlə, xəstəxanamız yaxın vaxtlarda Türkiyə, Almaniya və Fransanın tanınmış hospitalları ilə əməkdaşlığa başlamaq niyyətindədir».

Xatırladaq ki, DGK-nın Mərkəzi Hospitalı ötən ilin dekabr ayından fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR