Bank Of Baku

Azay Quliyev Yaponiya səfirinin müavini ilə görüşüb - FOTO

Azay Quliyev Yaponiya səfirinin müavini ilə görüşüb - <font color=red>FOTO</font>
# 17 noyabr 2009 15:46 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Yaponiyanın Azərbaycandakı səfirinin müavini Toşikazu Muto ilə görüşüb. Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qurumun ofisində keçirilən görüşdə A. Quliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı diplomata məlumat verib.

Azərbaycan QHT-ləri ilə uzun müddətli əməkdaşlıq təcrübəsinə malik olan T. Muto Yaponiya səfirliyinin bundan sonra da QHT-lərlə əməkdaşlığa önəm verəcəyini bildirib.
Görüşdə Şura ilə səfirlik arasında birgə əməkdaşlıq üzrə müzakirələrin davam etdirilməsi haqda razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR