Bank Of Baku

BMT Baş Assambleyasının İkinci Komitəsi Azərbaycanın təşəbbüsü ilə qətnamə layihəsi qəbul edib

BMT Baş Assambleyasının İkinci Komitəsi Azərbaycanın təşəbbüsü ilə qətnamə layihəsi qəbul edib
# 18 noyabr 2009 08:38 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Nyu-Yorkda BMT Baş Assambleyasının İkinci Komitəsinin (İqtisadi və Maliyyə) növbəti iclasında Azərbaycan tərəfindən irəli sürülmüş Trans-Avrasiya İnformasiya Super Magistralı (TASİM) təşəbbüsünə həsr olunan qətnamə layihəsini yekdilliklə qəbul edilib. Məlumatı APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təklifi əsasında TASİM-ə həsr olunan qətnamə layihəsi BMT Baş Assambleyasının 64-cü sessiyası zamanı Azərbaycan tərəfindən irəli sürülüb və 2009-cu ilin sentyabr ayından etibarən Azərbaycan nümayəndə heyəti tərəfindən qətnamə layihəsi üzrə ikitərəfli və çoxtərəfli danışıqlar müvəffəqiyyətlə aparılıb.
Qətnamə layihəsində dünyada iqtisadi artım və sosial inkişaf üçün informasiya və kommunikasiya texnologiyalarının vacibliyini etiraf olunmaqla yanaşı Avrasiya regionunda “rəqəmsal uçurum”un aradan qaldırılması baxımından TASİM-in mühüm rolu qeyd edilib, sözügedən təşəbbüsün həyata keçirilməsi istiqamətində regional səylərin əlaqələndirilməsinə dair Azərbaycan hökumətinin təklifi alqışlanır.
TASİM kimi yeni və qabaqcıl təşəbbüsü təqdim edən qətnamə layihəsi müxtəlif regionlar tərəfindən dəstəklənib və BMT-nin bir sıra nüfuzlu ölkələri ona həm-müəllif kimi qoşulublar.

Onların sırasında ABŞ, Almaniya, Avstraliya, Belarus, Bolqarıstan, Əfqanıstan, Çin, Hindistan, Gürcüstan, İsveçrə, İsrail, İraq, Kanada, Koreya Respublikası, Küveyt, Litva, Lüksemburq, Qazaxıstan, Qətər, Moldova, Pakistan, Portuqaliya, Rusiya Federasiyası, Sloveniya, Suriya, Tacikistan, Türkiyə, Ukrayna və Yaponiya və digərləri xüsusilə qeyd oluna bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR