Bank Of Baku

Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkil etdiyi müsabiqələr davam edir

Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkil etdiyi müsabiqələr davam edir
# 18 noyabr 2009 09:14 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Gənclər və İdman Nazirliyinin təşkil etdiyi II Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi, Səttar Bəhlulzadənin 100 illik yubileyi münasibəti ilə gənc rəssamlar arasında keçirilən müsabiqə, eyni zamanda MDB-nin gənc rəssamları arasında təşkil edilmiş “Məndə sığar iki cahan...” internet-müsabiqələri davam edir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, II Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinə artıq 10 ölkədən - Azərbaycan, Belarus , Rusiya, Latviya, Qazaxstan, Misir, Gürcüstan, Bəhreyn, İndoneziya və Türkiyədən ümumilikdə 300-dən çox iş daxil olub.

Səttar Bəhlulzadənin 100 illik yubileyi münasibəti ilə gənc rəssamlar arasında keçirilən müsabiqəyə isə 80-ə yaxın iştirakçı 150 iş təqdim edib.

“Məndə sığar iki cahan...” internet-müsabiqəsində isə ümumi istifadəçilərin sayı 151 olub. Təqdim olunan işlərin 169-u internet vasitəsi ilə yüklənib. Müsabiqənin MDB ölkələri arasında keçirilməsi elan edilsə də, internet imkanlarından istifadə edən yaradıcı gənclər, İngiltərə, ABŞ və digər ölkələrdən də öz işlərini təqdim edirlər.

Qeyd edək ki, bu müsabiqədə rəssamlıq, qrafika, heykəltaraşlıq, foto, kompüter qrafikası və digər nominasiyalar üzrə işlər təqdim etmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR