Bank Of Baku

Nazir: “Təhsil müəssislərində “donuz qripi” ilə bağlı dezinfeksiya işləri başa çatmayıb”

Nazir: “Təhsil müəssislərində “donuz qripi” ilə bağlı dezinfeksiya işləri başa çatmayıb”
# 18 noyabr 2009 09:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. A/H1N1 virusu (“donuz qripi”) ilə bağlı təhsil müəssislərində dezinfeksiya işləri başa çatmayıb. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov bildirib. Nazir deyib ki, dezinfeksiya işləri hazırda davam etdirilir, bu istiqamətdə Səhiyyə Nazirliyi və digər qurumlarla ciddi əlaqələr qurulub: “Səhiyyə Nazirliyi “donuz qripi” ilə bağlı xüsusi plakatlar hazırlayaraq Təhsil Nazirliyinə təqdim edib. Bu plakatlar şagirdlər arasında maarifləndirməni daha da artırmaq üçün məktəblərə çatdırılacaq”.

M. Mərdanov hazırda orta məktəblərdə qoruyucu maskalar taxmağın məcburi olmadığını deyib: “Şükürlər olsun ki, Azərbaycanda xəstəlik geniş vüsət almayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR