Bank Of Baku

Masallıda 20 ev sel suları altında qalıb, sakinlərə xeyli ziyan dəyib

Masallıda 20 ev sel suları altında qalıb, sakinlərə xeyli ziyan dəyib
# 18 noyabr 2009 09:34 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Güclü yağışlar Azərbaycanın Masallı rayonuna ciddi ziyan vurub. Masallı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Nadir Abıyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, noyabrın 17-dən başlanan leysan yağışları ötən gecə fəsadlar törədib. Belə ki, Göytəpə çayı ilə Yazqıraq çayının birləşdiyi ərazidə yığılan su məcrasından çıxaraq rayonun Təklə kəndində 20 yaşayış evini basıb. Sel suları həmçinin 180 hektar əkilmiş taxıl sahəsini, eləcə də yerli əhaliyə məxsus çoxlu sayda toyuq-cücəni, ərzaq məhsullarını yuyub aparıb. Rayon Fövqəladə Hallar Komissiyasının və yerli icra strukturlarının həyata keçirdikləri tədbirlər nəticəsində sel suları ağır texnikanın köməyi ilə ərazidən çıxarılıb. Hazırda dəymiş ziyanın məbləği hesablanır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR