Bank Of Baku

Şirvan Milli Parkında “quş qripi” ilə bağlı monitorinq keçirilib

Şirvan Milli Parkında “quş qripi” ilə bağlı monitorinq keçirilib
# 18 noyabr 2009 09:53 (UTC +04:00)
Salyan. Əlibәy Zeynallı-APA. Salyan rayonu ərazisində yerləşən Şirvan Milli Parkında “quş qripi”nin vəziyyəti ilə əlaqədar monitorinq keçirilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli məlumat verib. Onun sözlərinə görə, bu gün Şirvan Milli Parkında iki quş növündən - 2 qaşqaldağ və 1 ağ vağ quşundan qan nümunələri götürülüb. Salyan rayon Baytarlıq İdarəsinin rəisi Ramil Əmrahovun bildrdiyinə görə, şəxsi təsərrüfatlarda saxlanılan 167 ev quşundan götürülmüş qan nümunələri götürülüb, nümunələr Dövlət Baytarlıq Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyanın nümayəndələrinə təqdim edilib. Monitorinqin nəticələri bir müddət sonra açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR