Bank Of Baku

Axısxa türklərinin Gürcüstandan sürgün edilməsinin 65-ci il dönümü qeyd edilib

Axısxa türklərinin Gürcüstandan sürgün edilməsinin 65-ci il dönümü qeyd edilib
# 18 noyabr 2009 10:04 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Bu gün Axısxa Türklərinin “Vətən” Cəmiyyətinin təşkilatçılığı ilə Axısxa türklərinin Gürcüstandan sürgün edilməsinin 65-ci il dönümü qeyd edilib. APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Axısxa Türklərinin “Vətən” Cəmiyyətinin sədri İbrahim Burhanov 1944-cü ildən 1956-cı ilə qədər Axısxa türklərinin Mərkəzi Asiya ölkələrindən sürgün edildiyini deyib. İ. Burhanov qeyd edib ki, 2007-ci ildə Gürcüstanda “XX əsrin 40-cı illərində keçmiş Sovet İttifaqı tərəfindən Gürcüstandan zorla köçürülən şəxslərin repatriasiyası haqqında” qanun qəbul edilib: “Həmin qanunda problemin həllinin hüquqi müddəaları öz əksini tapsa da, əmlak hüquq və sosial məsələləri necə həll ediləcəyi əks olunmayıb. İndiyə kimi bizim cəmiyyətimiz 12647 Axısxa türkünün Vətənə qayıtmaq üçün müraciət etmə işinə yardım edib. Artıq bu sənədlərin 3258-i Gürcüstanın Azərbaycandakı səfirliyinə təqdim edilib”.

Tədbirdə çıxış edən millət vəkili Dünyamin Xəlilov deyib ki, Axısxa türkləri öz yurdlarına qayıtdıqdan sonra əsas iş onların məişət problemlərinin həlli və məşğuliyyət məsələsini həll etməkdir: “Axısxa türklərinin dədə-baba yurdları ekoloji cəhətdən çox təmiz ərizələrdir. Orada azad, iqtisadi zona yaratmaq olar. Bu insanların öz evlərinə qayıtmaq və rahat yaşamaq haqları var. Onlara dəstək göstərilməlidir. Axısxa türkləri vaxtilə kənd təsərrüfatı ilə məşğul olublar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR