Bank Of Baku

Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 illik yubileyi qeyd edilib - FOTOSESSİYA

Azərbaycan Dövlət Pedaqoji Kollecinin 90 illik yubileyi qeyd edilib - <font color=red>FOTOSESSİYA</font>
# 18 noyabr 2009 11:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Gülüstan Sarayında Azərbaycan Dövlət Pedaqoji Kollecinin (ADPK) yaradılmasının 90 illik yubileyi qeyd edilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, bu gün Azərbaycan təhsil fəaliyyəti üçün çox əlamətdardır: “Bu gün Azərbaycanın təhsil tarixinə öz imzasını atmış bir məktəbin yubileyidir. 90 il ərzində Pedaqoji Kollec ölkə təhsilinə 20 mindən çox dəyərli ziyalı verib. Kollecdə təhsilin keyfiyyəti ilbəil yaxşılaşır. 90 il ərzində Pedaqoji Kollec müxtəlif adlar altında fəaliyyət göstərsə də, onun yalnız bir amalı olub, bu da Azərbaycan xalqına xidmətdir”.
M. Mərdanovun sözlərinə görə, kollecin fəaliyyəti Azərbaycan dövləti tərəfindən həmişə yüksək dəyərləndirilib: “Təsadüfi deyil ki, indiyədək Azərbaycanda heç bir texnikumun yubileyi dövlət səviyyəsinə qeyd edilməyib. Kollecin bur neçə əməkdaşı Azərbaycanın əməkdar müəllimi adına və “Tərəqqi” medalına layiq görülüb”.

Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov isə kollecin tarixi nailiyyətlərini nəzərə alaraq ona universitet statusu verilməsini təklif edib: “Mən istəyirəm ki, kollec universitetə çevrilsin. Hazırda Pedaqoji Kollec təhsilin keyfiyyətinə görə bir çox universitetlərdən geri qalmır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR