Bank Of Baku

Misir Mərdanov: “Ali məktəblərə qəbul proqramlarının orta məktəb proqramlarına uyğunluğunu artırmaq lazımdır”

Misir Mərdanov: “Ali məktəblərə qəbul proqramlarının orta məktəb proqramlarına uyğunluğunu artırmaq lazımdır”
# 18 noyabr 2009 12:20 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva –APA. “Biz nə qədər çalışsaq da, 10-11-ci siniflərdə şagirdlərin qəbul olmaq istədikləri ali məktəblər üzrə repititor yanında hazırlaşmasının qarşısını ala bilmirik. Uşaqlar digər fənləri oxumurlar və ya zəif oxuyurlar”. APA-nın məlumatına görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, orta məktəblərdə repititorluğun qarşısını almaq üçün kompleks tədbirlər görmək lazımdır: ”Biz gələcəkdə ayrı-ayrı ixtisaslar üzrə profilli orta məktəblər yaratmağa başlamalıyıq, digər tərəfdən, dərəcəli attestatlar verməliyik. Ali məktəblərə qəbul proqramlarının orta məktəb proqramlarına uyğunluğunu artırmaq lazımdır”.

Nazir deyib ki, bütün orta məktəblərdən eyni yüksək nəticəni tələb etmək düzgün deyil: “Hazırda heç də bütün orta məktəblərimizdə şərait istənilən səviyyədə deyil. Dağ məktəbləri var, binaları təmirə ehtiyacı olan məktəblər mövcuddur. Təəssüf ki, bütün məktəblərdən eyni dərəcədə bilik tələb edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR