Bank Of Baku

Bakıda Almaniya Pensiya Sığortası İdarəsi ilə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 11-ci seminarı işə başlayıb

Bakıda Almaniya Pensiya Sığortası İdarəsi ilə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 11-ci seminarı işə başlayıb
# 18 noyabr 2009 13:07 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bakıda Almaniya Pensiya Sığortası İdarəsi ilə Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) birgə təşkil etdiyi 11-ci seminar işə başlayıb.

DSMF-nın ictimaiyyətlə əlaqələr sektorunun rəhbəri Elman Babayevin APA-Economics»ə verdiyi məlumata görə, iki gün (18-19 noyabr) davam edəcək seminarda iştirak etmək üçün Almaniya Pensiya Sığortası İdarəsinin Təftiş komissiyasının sədri Henrix Matevin Azərbaycana səfər edib. Seminarda H.Matevin “Təftiş komissiyası. Təftiş komissiyasının məqsəd və fəaliyyəti”, “Federal Sığorta Xidmətinin məqsəd və fəaliyyəti” mövzularında təqdimatla çıxış edəcək. H.Matevinin səfər çərçivəsində keçirəcəyi görüşlərdə Almaniya Pensiya Sığortası İdarəsi və DSMF arasında gələcək əməkdaşlıq məsələləri diqqət mərkəzində olacaq, qarşılıqlı maraq doğuran sahələrdə hər iki ölkənin təcrübəsi öyrəniləcək.

Xatırladaq ki, DSMF-nin nümayəndə heyətinin 2007-ci ilin dekabrında Almaniyaya səfəri zamanı bu qurumlar arasında 2008-2009-cu illər üzrə əməkdaşlıq və dostluq münasibətlərinin möhkəmləndirilməsi üzrə ikitərəfli saziş imzalanıb. Sazişə əsasən, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərində və keçirilən birgə seminarlarda sığorta-pensiya sistemində məcburi dövlət sosial sığorta haqlarının yığımı sahəsində hüquqi tənzimləmə mexanizmləri, sığortaolunanların fərdi uçotu, informasiya təhlükəsizliyi, informasiya texnologiyalarının arxitekturası, insan resurslarının idarə edilməsi, aktual hesablamaların tədqiqi və s. məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR