Bank Of Baku

Naxçıvan Dövlət Universitetinin tələbələri Gürcüstana səfər edib

Naxçıvan Dövlət Universitetinin tələbələri Gürcüstana səfər edib
# 19 noyabr 2009 01:29 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov - APA. Naxçıvan Dövlət Universitetinin (NDU) tələbə və müəllim heyətindən ibarət qrup Gürcüstana səfər edib.

NDU-nun mətbuat xidmətindən APA-nın yerli bürosuna verilən məlumata görə, nümayəndə heyəti Gürcüstan Respublikasının Axalkalaki Universitetində olacaq. Əvvəlcə Türkiyə Cümhuriyyətinin Ərdəhan şəhərindəki universitetin yubiley tədbirlərinə qatılacaq heyət sonra bu ölkə ərazisindən Gürcüstana keçəcək.

Qeyd edək ki, NDU-da fəaliyyət göstərən Tələbə Teatr Studiyasının tələbələrdən ibarət həvəskar aktyorları “Arşın mal alan” tamaşasını da gürcü tələbələrə təqdim edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR