Bank Of Baku

Ombudsman UNESCO günü münasibətilə təbrik göndərib

Ombudsman UNESCO günü münasibətilə təbrik göndərib
# 18 noyabr 2009 19:37 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova UNESCO günü münasibətilə bu qurumun yeni seçilmiş baş direktoru İrina Bokovaya və UNESCO-nun Moskva bürosunun direktoru Dendev Bodarça təbrik ünvanlayıb.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E.Süleymanova təbrik məktubunda bildirilir ki, insan hüquq və azadlıqlarına hamılıqla hörmətin təmin edilməsi, xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin qorunmasına yardım göstərilməsi BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESCO-nun ən mühüm vəzifələrindəndir: “Azərbaycan Respublikası 1992-ci ildən UNESCO-nun üzvüdür və ölkəmizi bu nüfuzlu qurumla səmərəli əməkdaşlıq əlaqələri birləşdirir. Respublikamızla UNESCO arasındakı münasibətlərin inkişafında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri ölçüyəgəlməzdir. Azərbaycanın zəngin mədəniyyət və incəsənətinin inkişafına verdiyi töhfələrə, dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və bu ideyalara göstərdiyi sadiqliyə görə xanım Mehriban Əliyeva 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə isə İSESKO-nun Xoşməramlı səfiri adına layiq görülüb. Sevindirici haldır ki, Xoşməramlı səfirin təşəbbüsləri və UNESCO-nun böyük səyləri nəticəsində Azərbaycanın zəngin mədəni irsi, bənzərsiz muğamları və digər möhtəşəm sənət abidələri ümumdünya mədəni dəyərlər siyahısına daxil edilib”.

Məktubda qeyd edilir ki, Azərbaycan Ombudsman təsisatı ilə UNESCO, o cümlədən bu qurumun Moskva Bürosu arasında insan hüquqları sahəsində faydalı əməkdaşlıq əlaqələri qurulub: “Azərbaycan Ombudsmanının Rusiya Federasiyasının paytaxtında UNESCO-nun Moskva bürosunun təşkilatçılığı ilə keçirilmiş subregional beynəlxalq tədbirlərdə ekspert qismində iştirakı bu əməkdaşlığın daha bir nümunəsidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR