Bank Of Baku

Yardımlının Gavran kəndində yeni məktəbin açılışı olub

Yardımlının Gavran kəndində yeni məktəbin açılışı olub
# 19 noyabr 2009 06:58 (UTC +04:00)
Yardımlı. Ağəddin Babayev-APA. Azərbaycanın Yardımlı rayonunun ucqar Gavran kəndində yeni tikilmiş orta məktəb binasının açılışı olub. Yardımlı rayon İcra Hakimiyyəti (RİH) aparatının şöbə müdiri Zakir İmanovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, bu münasibətlə keçirilmiş mərasimdə RİH-nin başçısı Xəzər Aslanov çıxış edərək, son illər rayonda ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışıb. Kənd ziyalıları isə təhsilə və gənc nəslin təlim-tərbiyəsinə göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, dövlət vəsaiti hesabına inşa olunmuş 180 şagird yerlik ikimərtəbəli yeni məktəbdə idman zalı, kitabxana , fənn kabinetləri, emalatxana, tibb məntəqəsi, yeməkxana, 10 sinif otağı, fizika və kimya laboratoriyaları fəaliyyət göstərir. Burada həmçinin internetə çıxışı olan kompüter kabineti də yaradılıb. Ümumi sahəsi 1140 kvadratmetrlik təhsil ocağı mərkəzləşdirimiş istilik sistemi ilə təchiz olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR