Bank Of Baku

Bu ilin 10 ayı ərzində ətraf mühiti çirkləndirənlərə qarşı 2730 akt və protokol tərtib edilib

Bu ilin 10 ayı ərzində ətraf mühiti çirkləndirənlərə qarşı 2730 akt və protokol tərtib edilib
# 19 noyabr 2009 08:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları tərəfindən 2009-cu ilin ötən 10 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2730 akt və protokol tərtib olunub, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün 794 icrası məcburi olan göstəriş verilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 735 iş üzrə 1321985,6 manat məbləğində cərimə tətbiq edilib, bunlardan 210260,95 manatı ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 622 iş üzrə 1278425,98 manat məbləğində iddia qaldırılıb, 59271,36 manat məbləğin ödənilməsi təmin olunub. İdarə və müəssisələrə 3282 iş üzrə 747863,94 manat məbləğində ödəmə tətbiq edilib və bu məbləğin 436973,96 manatı ödənilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 86 işdən 37-nə, məhkəmələrə göndərilmiş 137 işdən 84-nə, məhkəmə nəzarətçilərinə və məhkəmə icraçılarına göndərilmiş 474 işdən 73-nə baxılaraq müvafiq tədbirlər görülüb.

Su ehtiyatlarından səmərəli istifadə olunması və mühafizəsi sahəsində 249 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün 119 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 70 iş üzrə 175130 manat məbləğində cərimə tətbiq edilib, ondan 16943,72 manat ödənilib.
Atmosfer havasının mühafizəsi üzrə 645 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün 304 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı 100 iş üzrə 267445 manat məbləğində cərimə tətbiq edilib, bu məbləğin 59938,64 manatı ödənilib.

Ətraf mühitə dəymiş ziyanla bağlı 40 iş üzrə 15554 manat məbləğində iddia qaldırılıb, 1710 iş üzrə 198519,44 manat məbləğində ödəmə tətbiq edilib, bu məbləğin 182974,15 manatı ödənilib.

Yerin təkinin mühafizəsi sahəsində müəyyən edilmiş qanun pozuntularına görə 266 akt və protokol tərtib olunub, 19 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı 136 iş üzrə 165872 manat məbləğində cərimə tətbiq edilib. Tullantıların idarə olunması sahəsində 679 akt və protokol tərtib olunub, 296 icrası məcburi olan göstəriş verilib. Floranın mühafizəsi sahəsində 652 akt və protokol tərtib olunub, 44 icrası məcburi olan göstəriş verilib. Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı 154 iş üzrə 143149,6 manat məbləğində cərimə tətbiq edilib. Faunanın mühafizəsi sahəsində dövlət nəzarətinin mövcud qanunvericilik əsasında tətbiqi nəticəsində 69 akt və protokol tərtib olunub, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı ümumilikdə 46 iş üzrə 42695 manat məbləğində cərimə tətbiq edilib. Su Hövzələrində Bioloji Resursların artırılması və mühafizəsi sahəsində 79 akt və protokol tərtib olunub, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı 13 iş üzrə 5614 manat məbləğində cərimə tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR