Bank Of Baku

Yanvar-oktyabr aylarında Azərbaycanda orta aylıq əmək haqqı 14% artıb

Yanvar-oktyabr aylarında Azərbaycanda orta aylıq əmək haqqı 14% artıb
# 19 noyabr 2009 08:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,9% artaraq 296,3 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi və tikinti sahələrində orta aylıq əmək haqqı daha yüksək olub.

Cari ilin yanvar-sentyabr aylarında müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 10 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilib ki, bunların da əsas hissəsini mədənçıxarma sənayesi, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sahələrində, nəqliyyat, anbar təsərrüfatı və rabitə, habelə emal sənayesində çalışan işçilər alıb.

Müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 162,6 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı isə 279,3 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR