Bank Of Baku

Azərbaycan ərazisində qar və yağışlar davam edəcək

Azərbaycan ərazisində qar və yağışlar davam edəcək
# 19 noyabr 2009 08:47 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verilən məlumata görə, havanın temperaturu gündüz 8-10, axşam 6-8 dərəcə isti olacaq. Noyabrın 20-də havanın buludlu olacağı, noyabrın 19-dan 20-nə keçən gecə bəzi yerlərdə yağıntılı olacağı, gündüz havanın arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-qərb küləyinə keçəcək, arabir nisbətən güclənəcək. Gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Noyabrın 21-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir havanın yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 5-7, gündüz 8-10 dərəcə isti olacaq. Noyabrın 22-də havanın buludlu, gecə bəzi yerlərdə yağıntılı olacağı, gündüz havanın arabir açılacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gündüz cənub-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 8-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 20-də yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 5-8, gündüz 10-14 dərəcə isti, dağlarda gecə 1-3 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq. Noyabrın 21-22-də arabir yağış yağacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq rayonlarında yağıntıların intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, noyabrın 21-də arabir güclənəcək. Havanın temperaturu gecə 4-8, gündüz 8-12, dağlarda gecə 2-4 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında soyuq diskomfort hava şəraiti bəzi meteohəssas insanlar üçün narahatlıq hissi yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR