Bank Of Baku

Bakıda «Dövlət və yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı əlaqənin iqtisadiyyatın tənzimli inkişaflında rolu» mövzusunda brifinq keçirilib

Bakıda «Dövlət və yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı əlaqənin iqtisadiyyatın tənzimli inkişaflında rolu» mövzusunda brifinq keçirilib
# 19 noyabr 2009 10:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda «Dövlət və yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı əlaqənin iqtisadiyyatın tənzimli inkişaflında rolu» mövzusunda brifinq keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə millət vəkili Eldar İbrahimov yerli özünüidarəetmə orqanları ilə dövlət orqanları arasında qarşılıqlı əlaqənin yaradılması, həmçinin qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı namizəd bələdiyyələrin ətraflı maarifləndirilməsi haqqında geniş məlumat verib. Onun sözlərinə görə, bu il dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində namizədliyini irəli sürənlərin sayı 28 min nəfərdir. Bu namizədlərin 16 min nəfəri Yeni Azərbaycan Partiyasını (YAP), qalanı isə bitərəf və digər partiyaları təmsil edir: “Növbəti ayda keçiriləcək bələdiyyə seçkiləri Azərbaycanda demokratik seçki mühiti olduğunu beynəlxalq təşkilatlara bir daha sübut edəcək. Seçkinin demokratik keçirilməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən tədbirlər görülüb”.

Daha sonra E.İbrahimov bələdiyyələrlə yerli icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsü ilə bağlı konkret mexanizmin hazırlandığını bildirib: «Bu mexanizm qəbul edildikdən sonra yerli icra hakimiyyəti ilə bələdiyyələr arasındakı səlahiyyətlər dəqiqləşdiriləcək. Hazırda səlahiyyət bölgüsü ilə bağlı konkret mexanizm olmadığı üçün torpaq alqı-satqısı ilə bağlı hər iki qurum arasında mübahisə doğuran məsələlər ortaya çıxır».

Tədbirdə millər vəkilləri Əli Məsimli və Xanhüseyn Kazımlı son illər ərzində bələdiyyələrin fəaliyyəti, onların mövcud problemləri ilə bağlı geniş çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR