Bank Of Baku

ÜST Azərbaycana 38700 nəfərin “donuz qripi”ndən müalicəsinə kifayət edəcək miqdarda əlavə preparat göndərib

ÜST Azərbaycana 38700 nəfərin “donuz qripi”ndən müalicəsinə kifayət edəcək miqdarda əlavə preparat göndərib
# 19 noyabr 2009 11:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Azərbaycana 38700 nəfərin müalicəsinə kifayət edəcək miqdarda əlavə “Tamiflu” preparatı göndərib. Bu barədə APA-ya ÜST-ün Azərbaycandakı nümayəndəliyinin layihə koordinatoru Elxan Qasımov bildirib. Onun sözlərinə görə, A/H1N1 virusunun (“donuz qripi”) müalicəsində əsas dərmanlardan sayılan preparatlar Azərbaycana ötən həftənin sonlarında gətirilib: “ÜST dərman preparatlarını yalnız Azərbaycana göndərməyib. Bu siyahıda digər ölkələrin də adı var. Dərmanların göndərilməsində əsas məqsəd hər ehtimala qarşı ölkələrdə əlavə dərman ehtiyatının yaradılmasıdır”.

E. Qasımovun sözlərinə görə, hələ may ayında ÜST Azərbaycana 10000 nəfərin müalicəsi üçün “Tamiflu” preparatı göndərib. “Donuz qripi” əleyhinə vaksinlərin ilk partiyası isə ölkəyə noyabrın sonu-dekabrın əvvəlində gətiriləcək. Azərbaycana əhalinin 2 faizi qədər - təxminən 170 min doza vaksin gətirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR