Bank Of Baku

Fövqəladə Hallar Nazirliyi leysan yağışların Masallıya vurduğu ziyanla bağlı açıqlama yayıb

Fövqəladə Hallar Nazirliyi leysan yağışların Masallıya vurduğu ziyanla bağlı açıqlama yayıb
# 19 noyabr 2009 15:35 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Fövqəladə Hallar Nazirliyi ölkənin cənub bölgəsinə yağan leysan yağışlar nəticəsində Masallı rayonuna dəyən ziyanla bağlı açıqlama yayıb. APA-nın FHN-in rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, noyabrın 17-18-də ölkə ərazisinə yağan yağışlar nəticəsində Masallı rayonu, Təklə kəndi ərazisində bəzi əkin sahələri su altında qalıb, kənddaxili yollar yararsız hala düşüb.

Müvafiq komissiyalar tərəfindən hadisə yerinə baxış keçirilib və araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR