Bank Of Baku

Gəncə Mərkəzi Univermağında qızıl-zinət əşyalarının satışı dayanıb

Gəncə Mərkəzi Univermağında qızıl-zinət əşyalarının satışı dayanıb
# 19 noyabr 2009 16:08 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncə şəhər Mərkəzi Univermağının zinət əşyaları satılan bölməsində satıcılar tərəfindən qızıl və qiymətli daş-qaşların satışı dayandırılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, satıcılar satışa çıxardıqları qızılları yığışdıraraq bütün piştaxtaları boşaldıblar. Buna Maliyyə Nazirliyi yanında Qiymətli metalların əyarlanması və damğalanması sektorunun univermaqda yoxlamalara başlaması səbəb olub. Yoxlamalara etiraz edən satıcılar bildiriblər ki, gətirdikləri qiymətli metallar satışa çıxarılmadan öncə adı çəkilən orqan tərəfindən yoxlamadan keçirilir, təkrar yoxlamaların aparılması yalnız əlavə pul toplamaq məqsədi daşıyır. Satıcıların etirazına səbəb olan digər amil isə onların qızıl-zinət əşyalarının satışı üçün aldıqları lisenziyaların xəbərdarlıq edilmədən ləğv olunmasıdır. Satıcılar lisenziyalarının 11 ay əvvəl ləğv edildiyini, bu barədə xəbərdarlıq məktubunun onlara 1 ay öncə göndərildiyini deyiblər.

Maliyyə Nazirliyi yanında Qiymətli metalların əyarlanması və damğalanması sektorunun baş məsləhətçi-nəzarətçisi Barat Yunisov isə Mərkəzi Univermaqda keçirilən yoxlamaların yalnız 3 satıcı ilə bağlı olduğunu, lakin satıcıların bu yoxlamanın aparılmasına imkan yaratmadığını söyləyib: “Bizdə məlumat var ki, univermaqda aşağı əyarlı məmulatlar satılır. Buna görə də üç sahibkarın işini yoxlamaq istədik. Amma sahibkarlar yoxlamaya şərait yaratmadılar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR