Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları qanunsuz miqrantların saxlanma şəraitini araşdırıblar

Ombudsman Aparatının əməkdaşları qanunsuz miqrantların saxlanma şəraitini araşdırıblar
# 19 noyabr 2009 16:36 (UTC +04:00)
Bakı – APA. İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən Ombudsman Aparatının əməkdaşları Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə İdarəsinin müvəqqəti saxlama təcridxanasında və DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrantları Saxlama Mərkəzində araşdırma aparıblar. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, araşdırma zamanı İnsan Alverinə qarşı Mübarizə İdarəsinin təcridxanasında saxlanılan şəxslər aşkar edilməyib. Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrantları Saxlama Mərkəzində isə 2 qanunsuz miqrantın saxlanıldığı müəyyən edilib. Bu miqrantların Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərini, o cümlədən vizaalma qaydalarını pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq ölkədən çıxarılanadək həmin təcridxanada saxlanılacağı müəyyənləşdirilib. Həmin şəxslər Çin və İran İslam Respublikasından olan qanunsuz miqrantlardır.

Ombudsmanın nümayəndələri saxlanılanlarla görüşərək onların şəraiti, həmçinin saxlanılmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olublar və onlara hüquqlarını izah ediblər. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşlar tərəfindən onlara qarşı rəftardan narazı olmadıqlarını söyləyiblər.

Qeyd edək ki, A/H1N1 virusu ilə bağlı baxış keçirilən müəssisələrdə dezinfeksiya işləri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR