Bank Of Baku

Ağdaşın daha 2 kəndinə təbii qaz verilib

Ağdaşın daha 2 kəndinə təbii qaz verilib
# 19 noyabr 2009 21:18 (UTC +04:00)
Ağdaş. Şahnəzər Bəşirov - APA. Noyabrın 19-da Ağdaş rayonunun Binələr və Dovudlu kəndinə təbii qaz verilişi bərpa olunub.

APA-nın yerli bürosunun xəbərinə görə, rayon mərkəzindən 15 kilometr aralıda yerləşən bu yaşayış məntəqələrində ümumilikdə 100-ə yaxın ailə təbii qazla təmin edilib. Mənzillərin qazlaşdırılması üçün 20 kilometrə yaxın köhnə qaz xətti bərpa olunub. Bu kəndlərdə əhali 18 ildir təbii qaz sarıdan əziyyət çəkirdi. Yaxın vaxtlarda kəndlərdəki daha 50 mənzilə də sayğaclar quraşdırılacaq və təbii qaz veriləcək.

Hazırda rayonun Xosrov, Korarx, Cardam, Qəribli, Mürsəl, Şəkili və Şıxlı kəndlərində köhnə qaz xətləri təmir edilir. Bu kəndlərdə ümumilikdə 500-ə yaxın ev təbii qazla təmin olunacaq. Gələn ay Xosrov və Cardam kəndlərində 200-ə yaxın mənzilə təbii qazın verilməsi planlaşdırılır.

Qeyd edək ki, bu ilin əvvəlində rayonun Hüşün, Dəhnəxəlil, İkinci Aral və Yeniarx kəndləri qazlaşdırılıb. Hazırda Ağdaş şəhərində və rayonun 30 kəndində əhali təbii qazdan istifadə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR