Bank Of Baku

Bu il Naxçıvanda məşğulluq mərkəzləri 1997 nəfəri daimi işlə təmin edib

Bu il Naxçıvanda məşğulluq mərkəzləri 1997 nəfəri daimi işlə təmin edib
# 19 noyabr 2009 23:25 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov – APA. Cari il Naxçıvanda məşğulluq mərkəzləri tərəfindən 3029 nəfər vətəndaş qeydiyyata alınıb ki, onlardan 1997 nəfəri müxtəlif özəl və dövlət strukturlarında daimi işlə təmin olunub, 102 nəfər kvota norma yerinə göndərilib, 219 nəfər ictimai işə cəlb edilib.

Naxçıvan MR Məşğulluq İdarəsinin rəisi Sevindik Vəliyevin APA-nın yerli bürosuna verdiyi məlumata görə, məşğulluq mərkəzlərinə müraciət edən 328 nəfər müvəqqəti xarakterli işlə təmin edilib, Naxçıvan Regional Peşə Tədris Mərkəzində gənclərin müxtəlif peşələrə yiyələnməsinə şərait yaradılıb, 204 nəfər peşə hazırlığı kurslarına cəlb edilib.

S.Vəliyev onu da deyib ki, cari il keçirilən əmək yarmarkalarına 405 idarə, müəssisə və təşkilatdan 3486 boş iş yeri çıxarılıb və 728 nəfər işaxtaran vətəndaş daimi işlə təmin olunub.

Qeyd edək ki, bu il ilk dəfə olaraq səhiyyə işçiləri üçün də əmək yarmarkası keçirilib, 38 nəfər işlə təmin olunub, 126 nəfər gənc mütəxəssis isə təhsil yarmarkasında daimi işlə təmin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR