Bank Of Baku

Sumqayıtda 28 obyektdə ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyət yoxlanılıb

Sumqayıtda 28 obyektdə ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyət yoxlanılıb
# 20 noyabr 2009 07:26 (UTC +04:00)
Sumqayıt – APA. Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən şəhər ərazisində yerləşən bir çox sənaye müəssisələrinin, məişət, kommunal, ticarət, iaşə və qida sənayesi üzrə son 10 gün ərzində ümumilikdə 28 obyektin ümumi sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti yoxlanılıb.

APA-nın məlumatına görə, aşkar edilən nöqsanların vaxtında aradan qaldırılması üçün lazımi tapşırıq və təkliflər verilib. Obyektlərin müəyyən hissəsində laborator müayinə üsullarından istifadə etməklə yoxlamalar aparılıb. Eyni zamanda hazırda şəhər ərazisində yerləşən ictimai və yaşayış binalarının zirzəmilərində olan suların qrunt və ya içməli su xəttindən axan sular olmasını aydınlaşdırmaq üçün laborator müayinələr aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR