Bank Of Baku

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər yanvar-oktyabr aylarında 13% artıb

Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər yanvar-oktyabr aylarında 13% artıb
# 20 noyabr 2009 08:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə 3 203,9 mln. manatlıq və ya 12,6% çox pullu xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu xidmətlərin 28,1%-i dövlət, 71,9%-i isə qeyri-dövlət mülkiyyətinə məxsus xidmət şəbəkələri vasitəsi ilə həyata keçirilib.

Pullu xidmətlərin 80%-i hüquqi, 20%-i fərdi sahibkarların payına düşüb və onların artım sürəti müvafiq olaraq 12,9% və 11,3% təşkil edib.

On ay ərzində özəl sektorun müəssisələri tərəfindən əhaliyə göstərilən pullu xidmətlərin həcmi 2008-ci ilin eyni dövrünün səviyyəsini 9,3% üstələyərək 2 302,4 mln. manata çatıb.

Hər bir ölkə sakini orta hesabla ayda 36,2 manatlıq və ya 2008-ci ilin eyni dövrü ilə müqayisədə 5,7 manat çox (+18,7%) müxtəlif növ pullu xidmətlərdən istifadə edib və artımın 4,6 manatı hüquqi şəxs statuslu müəssisələr üzrə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR