Bank Of Baku

Dövlət Statistika Komitəsi: Yanvar-sentyabr aylarında Azərbaycanda 56 185 yeni iş yeri açılıb

Dövlət Statistika Komitəsi: Yanvar-sentyabr aylarında Azərbaycanda 56 185 yeni iş yeri açılıb
# 20 noyabr 2009 08:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 56 185 yeni, o cümlədən 41 818 daimi iş yeri açılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən dövr ərzində yeni açılmış daimi iş yerlərinin 12,3%-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 17%-i mövcud müəssisə və təşkilatlarda, 0,7%-i fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 70%-i isə fiziki şəxslər tərəfindən yaradılıb.

Yeni iş yerlərinin 27,4%-i Bakıda, 71,8%-i regionlarda, o cümlədən 18%-i Aran, 13,5%-i Gəncə-Qazax, 7,3%-i Quba-Xaçmaz, 6,9%-i Naxçıvan, 6,7%-i Abşeron, 6,5%-i Lənkəran, 5,6%-i Şəki-Zaqatala, 3,8%-i Dağlıq Şirvan, 2,8%-i Yuxarı Qarabağ, 0,7%-i Kəlbəcər-Laçın iqtisadi rayonlarında, 0,8%-i nazirlik, komitə, şirkət, səhmdar cəmiyyət və digər mərkəzi təşkilatlarda açılıb.

Yeni iş yerlərinin 93,3%-i özəl sektorun payına düşür. Mütləq əksəriyyəti qeyri-neft sektorunda yaradılmış daimi iş yerlərindən 5,9%-i tikinti, 4,2%-i topdan və pərakəndə ticarət, avtomobillərin və motosikletlərin təmiri, 3,1%-i emal sənayesi, 2,2%-i nəqliyyat və anbar təsərrüfatı, 1,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq və digər sahələrdə açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR