Bank Of Baku

Azərbaycanda “donuz qripi”indən xəstəxanada müalicə alan sonuncu xəstə sabah evə buraxılacaq

Azərbaycanda “donuz qripi”indən xəstəxanada müalicə alan sonuncu xəstə sabah evə buraxılacaq
# 20 noyabr 2009 08:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda A/N1N1 virusundan (“donuz qripi”) xəstəxanada müalicə alan sonuncu xəstə sabah evə yazılacaq. Bu barədə APA-ya Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi Xəyyam Məmmədov bildirib. Onun sözlərinə görə, hazırda xəstənin vəziyyəti yaxşıdır: “Onun qripi sağalıb. Sadəcə, ciyərlərində pnevmoniyası var idi. Ona görə xəstəxanada bu qədər saxladıq. Sabah xəstəni sonuncu dəfə müayinə edəndən sonra evə yazacağıq”.

Qeyd edək ki, indiyədək Azərbaycanda “donuz qripi”nə 14 yoluxma halı qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR