Bank Of Baku

Kəskin bağırsaq infeksiyaları üzərində nəzarətə həsr olunmuş müşavirə keçirilib

Kəskin bağırsaq infeksiyaları üzərində nəzarətə həsr olunmuş müşavirə keçirilib
# 20 noyabr 2009 09:38 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun dəstəyi ilə Azərbaycanda kəskin bağırsaq infeksiyaları üzərində nəzarətə həsr olunmuş müşavirə keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə 2007-2009-cu illərdə ÜST-ün dəstəyi ilə həyata keçirilən rotavirus infeksiyaları üzərində kəşfiyyat xarakterli nəzarət göstəricilərinin nəzərdən keçirilib, müasir imkanlar (xəstəliklərə nəzarət göstəriciləri bankı, laborator imkanların gücləndirilməsi və s.) çərçivəsində, epidemioloji və laborator komponentlər də daxil olmaqla, kəskin bağırsaq infeksiyaları (KBİ) üzərində nəzarətin vəziyyəti və bu sahədə mövcud tələblər müzakirə olunub. Həmçinin, KBİ-nın müalicə və profilaktikası üzrə məlumatların təqdimatı və müzakirəsi və onun idarə edilməsi sahəsində prioritet istiqamətlərin müəyyənləşdirilməsi və müzakirələrin nəticələrinə əsasən, tövsiyələrin hazırlanması həyata keçirilib.

Müşavirədə ÜST, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı Şəhəri Baş Səhiyyə İdarəsi, Respublika Taun Əleyhinə Stansiya, Su nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzi, Elmi-Tədqiqat Pediatriya İnstitutu, Rostropoviç-Vişnevskaya Fondunun Azərbaycan ofisi, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı şəhəri rayonlarının gigiyena və epidemiologiya mərkəzlərinin nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR