Bank Of Baku

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,330 mln. nəfərə çatıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,330 mln. nəfərə çatıb
# 20 noyabr 2009 11:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il noyabr ayının 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 4,330 mln. nəfər olub ki, onlardan 4 069,6 min nəfərini iqtisadiyyatın və sosial bölmənin müxtəlif sahələrində məşğul olan əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-sentyabr aylarında məşğul əhalinin tərkib hissəsi olan muzdla işləyənlərin siyahı sayı 1 375,4 min nəfər, iqtisadiyyatın dövlət bölməsində 864,8 min nəfər, qeyri-dövlət bölməsində 487,7 min nəfər olmaqla orta siyahı sayı 1 352,5 min nəfər təşkil edib.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 19,8%-i istehsal sahələrində, o cümlədən 12,1%-i sənayedə, 4,9%-i tikintidə, 2,8%-i kənd təsərrüfatı, ovçuluq, meşə təsərrüfatı və balıqçılıq sahəsində məşğul olub. Xidmət sahəsində çalışanların 25,5%-i təhsil, 19,7%-i topdan və pərakəndə ticarət; avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 10,2%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,8%-i nəqliyyat, anbar təsərrüfatı və rabitə, 6,3%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi, 5%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi, 4,1%-i dövlət idarəetməsi və müdafiə sahəsində, 2,6%-i isə digər sahələrdə cəmlənib.

Bundan başqa, 2009-cu ilin yanvar-sentyabr aylarında müəssisə və təşkilatlarda 5 min nəfər əcnəbi əmək fəaliyyəti ilə məşğul olub. Əcnəbilərin 1,4 min nəfəri sənayedə, 1,5 min nəfəri tikintidə, 0,7 min nəfəri daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində, 0,5 min nəfəri topdan və pərakəndə ticarət; avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri, 0,4 min nəfəri təhsil sahəsində və 0,5 min nəfəri isə digər sahələrdə işləyib.

Cari il noyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən 42,2 min nəfərə rəsmi işsiz statusu verilib, onların 44,4%-ni qadınlar təşkil edib. Bir boş iş yerinə tələbat işsiz statusuna malik olan 4 nəfər şəxsdən ibarət olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR