Bank Of Baku

Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional İdarəsi fəaliyyətə başlayıb

Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional İdarəsi fəaliyyətə başlayıb
# 20 noyabr 2009 12:08 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Bu gün Lənkəranda Dövlət Miqrasiya Xidmətinin (DMX) Lənkəran Regional İdarəsinin açılışı olub. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimi giriş sözü ilə Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov açaraq idarənin fəaliyyətinə uğurlar diləyib. DMX rəisi Arzu Rəhimov isə çıxışında yarandığı iki il müddədində rəhbərlik etdiyi qurumun miqrasiya xidmətinin təşkilində böyük uğurlar qazandığını, Lənkəran regional idarəsinin Yevlax və Şirvan şəhərlərindəki analoji qurumlardan sonra fəaliyyət göstərən sayca üçüncü idarə olduğunu diqqətə çatdırıb. Rəmzi qırmızı lent kəsildikdən sonra iştirakçılar idarənin ikimərtəbəli inzibati binasında yaradılmış şəraitlə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR