Bank Of Baku

Bakıda “İntervension Kardiologiya və Exokardioqrafiya kursları” mövzusunda elmi-praktik konfrans keçiriləcək

Bakıda “İntervension Kardiologiya və Exokardioqrafiya kursları” mövzusunda elmi-praktik konfrans keçiriləcək
# 20 noyabr 2009 13:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Noyabrın 21-dən 24-dək Bakıda Mərkəzi Neftçilər Xəstəxanası, Türk Kardioloqlar Dərnəyi və Azərbaycan Kardiovaskulyar Cərrahlar Assosiasiyasının (ACSA) birgə təşkilatçılığı ilə “İntervension Kardiologiya və Exokardioqrafiya kursları” mövzusunda elmi-praktik konfrans keçiriləcək. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Konfransın məqsədi xarici ölkələrin tibb mütəxəssisləri ilə elmi bilik və təcrübə mübadiləsi, tibb sahəsində olan yeniliklərin öyrənilməsi və Azərbaycanda tətbiqinə köməklik göstərilməsidir. Konfransda Türk Dünyası Kardioloqlar Birliyinin üzvü olan ölkələri təmsil edən 250-yə yaxın kardioloq iştirak edəcək. Tədbirə bu ölkələri təmsil edən 122 xarici qonaq dəvət olunub.

Konfransın ilk iki iş günü İntervensiyon kardiologiya sahəsinə həsr olunacaq. Bu çərçivədə yerli və xarici mütəxəssislər tərəfindən bəzi anadangəlmə (mədəciklər arası çəpər qüsuru, qulaqcıqlar arası çəpər qüsuru və s.) və qazanılmış (mitral qapaq darlığı) ürək qüsurlarının qapalı metodla cərrahiyyəsiz korreksiyası əməliyyatları canlı şəkildə tətbiq olunacaq. Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş texniki təchizatı prosedurlar zamanı konfrans iştirakçılarının on-layn rejimində müzakirələrə qoşulması üçün imkan yaradacaq. Konfransın son iki günündə Exokardioqrafiya sahəsinə həsr edilmiş xüsusi kurs kimi keçirilməsi nəzərdə tutulur. Mərkəzi Neftçilər Xəstəxanasında keçiriləcək bu kurs zamanı Exokardioqrafiya (EXO-KQ) məlumatlarından istifadə məsələləri başda olmaqla, ən mürəkkəb qüsurların diaqnozuna qədər bir çox mövzular müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR