Bank Of Baku

Bakıda Azərbaycanın «Ətraf mühitinin yaxşılaşdırılması üzrə Baş Plan»a dair sonuncu seminar keçirilib

Bakıda Azərbaycanın «Ətraf mühitinin yaxşılaşdırılması üzrə Baş Plan»a dair sonuncu seminar keçirilib
# 20 noyabr 2009 13:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycanın «Ətraf mühitinin yaxşılaşdırılması üzrə Baş Plan»a dair sonuncu seminar keçirilib.

«APA-Economics»in məlumatına görə, tədbirdə Koreyanın ətraf mühit nazirinin müavini Honq Cun Sok (Hong Joon Seok) və koreyalı mütəxəssislər, Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev iştirak ediblər.

H.C.Sokun sözlərinə görə, Cənubi Koreya ilə Azərbaycan ekologiya sahəsindən başqa, iqtisadiyyatın digər sahələrində də əməkdaşlıq edəcək: «Böyük iqtisadiyyata malik olan hər iki dövlət ekoloji cəhətdən əməkdaşlığı davam etdirəcək ki, bu da ölkələrin iqtisadi inkişafını daha da sürətləndirəcək».

F.Əliyev isə çıxışında Azərbaycanla Cənubi Koreya arasındakı siyasi və iqtisadi əməkdaşlıqdan, həmçinin bu sahələrdə əldə olunmuş nailiyyətlərdən danışıb. O, ekologiya sahəsində Cənubi Koreya ilə əməkdaşlığın davam etdiriləcəyini və yaşıllaşdırma sahəsində hər iki dövlət arasında memorandum imzalanacağını bildirib: «İmzalanacaq memoranduma əsasən, Azərbaycanla Cənubi Koreya arasında ətraf mühit sahəsində əməkdaşlığın davam etdirilməsi və sözügedən sahədə digər məsələlər nəzərdə tutulub”.

Qeyd edək ki, Azərbaycanın ətraf mühitinin idarə olunmasının təkmilləşdirilməsində Cənubi Koreya tərəfindən Azərbaycana Baş Plan təqdim olunub. Baş Plana görə, ölkənin ekoloji vəziyyətinin sağlamlaşdırılması istiqamətində əsas hədəflər qeyd olunub ki, buna da su ehtiyatlarının çirklənməsinin qarşısının alınması, yaşıllıqların artırılması, atmosfer havasının mühafizəsi, həmçinin neft və digər tullantılarla çirklənmiş torpaqların təmizlənməsi, biomüxtəlifliyin qorunması daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR