Bank Of Baku

Milli Məclisin komitə sədri: “Olimpiada qaliblərinin ali məktəblərə imtahandan kənar qəbulu qaydaları hazırlanacaq”

Milli Məclisin komitə sədri: “Olimpiada qaliblərinin ali məktəblərə imtahandan kənar qəbulu qaydaları hazırlanacaq”
# 20 noyabr 2009 15:22 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. ““Təhsil haqqında” qanunun icrası ilə bağlı dövlət başçısı tərəfindən xüsusi sərəncam imzalanıb. Yeni qanuna uyğun olaraq, olimpiada qaliblərinin ali məktəblərə imtahandan kənar qəbul edilməsinin qaydaları hazırlanacaq. Bununla bağlı Nazirlər Kabinetinə 3 ay vaxt verilib. Qanun qüvvəyə minən gündən oradakı bütün maddələr reallaşmaq üçün tam hüquqi əsaslara malik olacaq”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev gələn il ali məktəblərə keçiriləcək qəbul imtahanlarında olimpiada qaliblərinə güzəşt edilib-edilməyəcəyi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, hazırda Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi üzərində də iş gedir: “Payız sessiyası dövründə bu qanunun qəbul ediləcəyini deyə bilmərəm. Amma bu qanunu artıq birinci oxunuşa çıxarmaq iddiasındayıq. Hazırda gündəlikdə olan məsələ “Elm siyasəti haqqında” qanun layihəsidir. Yaxın günlərdə layihəni komitədə müzakirəyə çıxaracağıq”.

Ş. Hacıyev bildirib ki, “Yaşlıların təhsili haqqında” qanun layihəsi də artıq hazırdır. Ancaq bu qanun layihəsi Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Onun sözlərinə görə, ardıcıllığa uyğun olaraq, “Yaşlıların təhsili haqqında” qanundan əvvəl bir neçə qanun layihəsini qəbul etmək lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR