Ombudsman Aparatının əməkdaşları aclıq aksiyası keçirən Məmmədovlar ailəsinə baş çəkiblər
20 noyabr 2009 16:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ombudsman Aparatının əməkdaşları aclıq aksiyası keçirən Rəsulzadə qəsəbəsi, Z. Qəmbərov küçəsi, 8 saylı evdə yaşayan Məmmədovlar ailəsinə baş çəkib. Aparatın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, aksiya ilə əlaqədar olaraq ailə üzvlərindən biri olan Faiq Canbaxış oğlu Məmmədovun 6 saylı klinik xəstəxanaya yerləşdirilməsi barədə İnsan Hüquqları üzrə Müvəkkilə müraciət daxil olub. Müraciətdə aclıq aksiyası keçirilməsinə səbəb kimi, Binəqədi rayon Məhkəməsi tərəfindən Aydın Məmmədovun barəsində çıxarılmış hökmdən narazı qalmaları, eyni zamanda Faiq Məmmədovun barəsində olan cinayət işi üzrə keçiriləcək məhkəmə prosesinə etiraz etmələri göstərilib və məsələnin araşdırılması xahiş olunub.
Müalicə həkimi Lalə Həsənova F. Məmmədovun noyabrın 14-də xroniki qastritin kəskinləşməsi və arterial hipotoniya diaqnozu ilə xəstəxanaya daxil olduğunu, xəstənin müvafiq müalicə kursu keçdiyini, hazırda müalicəni davam etdirdiyini və qida qəbul etməsi barədə Aparat əməkdaşlarına məlumat verib. Ailə üzvləri ilə görüşən Aparatın əməkdaşları bu məsələnin Müvəkkilin nəzarətində olduğunu bildirib, aksiyanı dayandırmaqla bağlı Ombudsmanın tövsiyəsini onlara çatdırıblar.
Bununla əlaqədar Ombudsman Aparatının əməkdaşları həmçinin, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis bölməsində olub, Məmmədovlar ailəsində baş vermiş münaqişə zamanı polis əməkdaşları tərəfindən görülmüş tədbirlər barədə məlumat alıb, müvafiq sənədlərə tanış olublar. Araşdırma zamanı Məmmədovlar ailəsinin həmin polis bölməsinə etdiyi çoxsaylı müraciətlər əsasında toplanmış materialların Binəqədi Rayon Prokurorluğuna göndərildiyi və həmin materiallar üzrə ibtidai istintaqın aparılmasının Binəqədi Rayon Polis İdarəsinə tapşırıldığı bəlli olub. Faiq Məmmədov barəsində başlanmış cinayət işinin istintaqı isə tamamlanaraq Binəqədi Rayon Məhkəməsinə göndərilib. Məhkəmə baxışı noyabrın 24-nə təyin edilib.

Sosial
TƏBİB-in tətbiq etdiyi cərimələrdən toplanan vəsaitdən istifadə qaydası təsdiqlənib
18:42
22 may 2024
İyunun 2-də I və IV qruplar üçün qəbul imtahanları keçiriləcək
16:29
22 may 2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəhidin qalıqları Tərtərdə dəfn olunub - FOTO
16:05
22 may 2024
30 il sonra kimliyi müəyyən edilən şəhidin qalıqları Sabirabadda dəfn olunub - FOTO
15:56
22 may 2024