Bank Of Baku

Bu il Sumqayıtda 82 liftdə cari təmir işləri aparılıb

Bu il Sumqayıtda 82 liftdə cari təmir işləri aparılıb
# 23 noyabr 2009 09:37 (UTC +04:00)
Bakı – APA-Economics. Sumqayıt şəhərin yaşayış binalarındakı liftlərin təmiri istiqamətində görülən işlər çərçivəsində cari il ərzində 82 liftdə cari təmir işləri aparılıb.

Bu barədə “APA-Economics”ə Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib.

Məlumata görə, Sumqayıt şəhər «Lift-Servis» Birliyi tərəfindən yaşayış binalarında 565 ədəd, səhiyyə ocaqlarında isə 14 ədəd liftə texniki qulluq göstərilib, 3 ədəd yeni lift quraşdırılaraq sakinlərin istifadəsinə verilib.

Ümumilikdə mövcud olan 586 liftdən 562-si istismardadır ki, bu da onların 96 faizdən çoxunu təşkil edir.

Sumqayıt şəhərinin 60 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində 2009-cu ildə şəhərin yaşayış binalarında 15 yeni liftin quraşdırılması, istismar müddəti ötmüş 15 liftin yenisi ilə əvəz edilməsi və istismarda olan 85 liftin əsaslı, 110 liftin isə cari təmiri nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR